Akif Nağı Dağlıq Qarabağa getmək istəyən deputatlarımıza müraciət etdi

img

21-10-2009 [03:47]


?Bütün ölkələr çalışırlar ki, Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları almaqla, Azərbaycanı bununla kifayətlənməyə məcbur etsinlər. Təəssüflər olsun ki, bu prosesə Azərbaycan hakimiyyəti və ya bəzi deputatlarımız da qoşulublar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan, Ermənistan və Rusiyadan olan deputatların Moskva görüşündə bir qrup azərbaycanlı millət vəkillərinin Dağlıq Qarabağa səfəri ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib: ?Biz onların bu mövqeyini qətiyyətlə pisləyirik. Deputatlar bu hərəkətləri ilə Azərbaycana qarşı yönəlmiş plana kömək etmiş olurlar. Biz tələb edirik ki, onlar bu mövqelərindən geri çəkilsinlər?. QAT sədri bildirib ki, deputatlar Dağlıq Qarabağa nəzərdə tutulan səfərlə bağlı mövqelərindən geri çəkilməsələr, onlar tərəfindən təzyiqə məruz qalacaqlar: ?Onlar bilməlidirlər ki, erməni siyasətinə xidmət edirlər. Hələki danışıqlar gedir. Lakin hadisələrin gedişatına uyğun olaraq, hərəkətlərimiz olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA