Fazil Mustafa Naxçıvan-Bakı aviareyslərinə yeni təyyarələrin buraxılmasını tələb edir

img

20-10-2009 [01:56]


Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasında Naxçıvana təyyarə uçuşlarında yaranan problemlərə toxunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat bldirib ki, hələ də Naxçıvana uçuş zamanı köhnə təyyarələrdən istifadə olunur: ?Naxçıvana gedib-gələnlər üçün ciddi təhlükə yaranıb. Bir müddət bundan əvvəl təyyarələrin birində nasazlıq baş vermişdi, şükür ki, hansısa bədbəxt hadisə olmadı. Hesab edirəm ki, Naxçıvan aviareyslərinə də yeni təyyarələr verilməlidir?. F.Mustafa bilet satışlarında yaranan problemə də toxunub: ?Hazırda dünyada insanlar İnternet vasitəsi ilə bilet aldığı halda, Azərbaycanda hələ də bilet qıtlığı, vətəndaşların süründürməçiliyi davam edir. Bu məsələlərin də həll olunması istiqamətində addımlar atılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA