Deputat Aynur Quliyeva Müsavatı və müxalifəti tənqid etdi

img

20-10-2009 [01:53]


Milli Məclisin bucünkü iclasında deputat Aynur Quliyeva Müsavat Partiyasının və müxalifətinin ünvanına tənqidi fikirlər səsləndirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, A.Quliyeva Türkiyə-Azərbaycan münasibətlərinin belə bir vəziyyətdə olduğu halda müxalifətin susmasını mənfi qiymətləndirib: ?Çünki onlara ?Sus!? əmri verilib. Onlara havadarları bu barədə danışmağa icazə vermir. Hansı ki, bir qədər əvvəl Türkiyə İsa Qəmbərin prezidentliyini dəstəkləmədiyinə görə müxalifət az qalırdı Türkiyəni dar ağacına çəksin. Bu gün isə Azərbaycan müxalifəti çox susqundur, heç bir reaksiya vermir?. Müsavat Deputat Qrpunun üzvü İkram İsrafil isə keçmiş partiyadaşının tənqidlərinə cavab verib. Onun sözlərinə görə, qeyd olunan tənqidlərin heç bir əsası yoxdur: ?Müsavat Türkiyə-Azərbaycan münasibətlərini, Qarabağ məsələsini daim gündəmdə saxlayıb. Odur ki, Aynür xanım heç olmasa, özünün bildiyi məsələləri açıqlasa, dah yaxşı olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA