BAXCP bələdiyyə seçkilərinə qatılmağa qərar verib

img

19-10-2009 [06:59]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumara görə, toplantıda Azərbaycandakı ictimai-siyasi vəziyyət və Türkiyə-Ermənistan yaxınlaşması müzakirə olunub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin nümayəndə heyətinin tərkibində Türkiyəyə səfəri, baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mehmet Əli Şahin, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və digər rəsmi şəxslərlə, siyasətçilərlə keçirdikləri görüşlər barədə məlumat verib. Daha sonra bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib. İdarə Heyəti bələdiyyə seçkilərinə qatılmağa qərar verib. BAXCP adından namizədliyini irəli sürən partiya üzvləri və tərəfdarlarının siyahısı tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA