islam Demokrat Partiyası bəyanat yayıb

img

19-10-2009 [12:48]


Son günlər Türkiyə ilə Ermənistan arasında sərhəd açılımı müstəvisində imzalanan iki protokola bağlı Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Azərbacan İslam Demokrat Partiyası da bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur: İslamçı demokrat olaraq cəmiyyətin narahatçılığıa biganə deyilik. Amma əvvəlki fikirlərmizdə olduğu kimi, yenə təkrar edirik ki, bu məsələdə emosionallığa yol vermək, Türkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin qızışdırıcı fikirlərinə uymaq qətiyyən olmaz. İstər uzaq, istərsə də yaxın tarixdə Türkiyənin bizim üçün önəmini unutmaq mümkün deyil. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, bizim mütəffiqliyimizin əsasında təkcə hansısa iqtisadi, siyasi maraqlar durmur. Bizim mənəvi, dil, din bağlılığımız var. Biz hesab edirik ki, bütün bu məqamlara arxa plana keçirmək olmaz. Baş verən proseslərə gəlincə, bu fikirdəyik ki, bəzilərinin dediyi kimi, Turkiyənin atdığı addımlar Azərbaycanın əleyhinə yönəlməyib. Əksinə Türkiyənin 17 ildir donub qalan prosesə təkan verib. Düzdür, Türkiyənin imzaladığı sənədlərdə Qarabağın gələcək taleyi ilə bağlı məqam öz əksini tapmayıb. Amma biz əminik ki, Türkiyənin indki hakimiyyəti Qarabağ məsələsini arxa plana keçirməyib. Hesab edirik ki, Türkiyə məlum güc ölkələri ilə danışıqlarda masa üzərinə məhz Qarabağ problemini də qoyub və ermənilərin işğal etdikləri torpaqdan çıxmasını tələb edib. Bu fikirdəyik ki, Türkiyə sərhəd açılımı prosesini məhz Qarabağın Azərbaycana qaytarlıması çərçivəsində aparacaq. AİDP olaraq bu fikirdəyik ki, Türkiyə belə davranmağa həm də məhkumdur. Biz hesab edirik ki, Türkiyənin Qarabağ məsələsi həll olunmadan Ermənistanla münasibətlər qurmasından heç bir qazanc əldə edə bilməz. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, bölgədə yaranan yeni situasiyadan biz özümüz də yararlanmalıyıq. 17 ildir ki, donmuş bir problemin ətrafında apardığımız siyastdən fərqli və çevik diplomatiya yürütməliyik. ?Türkiyə bizə xəyanat edir? deməklə, bu sözü tez-tez təkrarlamaqla heç bir qazanc əldə edə bilmərik. Hesab edirik ki, indiki dövr həm də Azərbaycan diplomatiyasının sınaq dövrüdür. Amma təəssüf ki, Azərbaycan diplomatiyası Türkiyənin əleyhinə fikirlər səsləndirməklə gələcək üçün özünü sığortalamağa çalışır. Hesab edirik ki, Türkiyənin prezidentinin və baş nazirinin Qarabağla bağlı həm ictimaiyyət qarşısında dediklərini, həm də Azərbaycanlı millət vəkilləri ilə söhbətlərini arxa plana keçirmək olmaz. Biz bu fikirlərə qeyri ciddi yananşa bilmərik. Əksinə bu məsələdə 17 ildir ki, donmuş vəziyyətdə qalmış prosesi yerindən tərpədən Türkiyə ilə əlbir olmağın yollarını aramalıyıq. Əks halda bizi proseslərdən təcrid etməyə çalışan qüvvələrin əlində vasitəyə çevrilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA