Azərbaycanın görkəmli ziyalıları Novxanıda qapalı forumda iztirak ediblər

img

18-10-2009 [05:23]


Oktyabrın 18-də Bakının Novxanı qəsəbəsində bir qrup ziyalının qapalı forumu keçirilib. Forumda Azərbaycanın görkəmli ziyalıları, dramaturqlar, rejissorlar, filosoflar, tarixçilər və politoloqlar iştirak ediblər. Forumun təşkilatçıları bildiriblər ki, toplantı ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıların öz sözlərini açıq şəkildə ictimaiyyətə çatdırmaq zərurətindən doğub. Forumda ziyalılar Azərbaycandakı ictimai-siyasi proseslərə münasibətlərini açıqlayıblar, problemlərlə bağlı narahatlıqlarını bildiriblər. Yaxın günlərdə forum iştirakçılarının ümumi bəyannaməsi açıqlanacaq, onlar cəmiyyətə və ölkə rəhbərliyinə müraciətlərini ünvanlayacaqlar. Bu formatda görüşlərin davam etdirilməsi barədə də qərar qəbul olunub. Bundan sonrakı toplantıların daha açıq olacağı gözlənilir. Azadlıqradiosunun məlumata görə, görüşün təşkilatısı ?Azərbaycan Naminə? İctimai Forum olub. Xatırladaq ki, Forumun rəhbəri politoloq Eldar Namazovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA