ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Abdullah Güllə Qarabağdan danızıb

img

18-10-2009 [04:04]


ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Abdullah Gülə zəng edib. Ağ Evin yaydığı məlumata görə, iki lider Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb. Onlar son prosesləri münasibətlərin normallaşırılması istiqamətində tarixi irəliləyiş kimi qiymətləndiriblər. Türkiyənin ?Hürriyət? qəzetinin məlumatına görə, Abdullah Gül telefon danışığında Dağlıq Qarabağ məsələsini qaldırıb. Qəzet prezidentlərdən aşağıdakı sitatı gətirib: ?Abdullah Gül: Cənab prezident, hesab edirəm ki, Siz də izləyirminiz. Ermənistanla münasibətləri normallaşdırmaq üçün ələmizdən gələn səyləri göstəririk. Hazırda vəziyyət kritik bir nöqtədədir. Protokolların hər iki ölkənin parlamentlərində təsdiqlənməsi lazımdır. Bu vəziyyətdə Sizdən Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunu fəallaşdırmağınızı gözləyirəm. Xahiş edirəm, bu məsələdə lazım olan addımları atın. Əgər Dağlıq Qarabağ problemi həll olunsa, Türkiyə ilə Ermənistan arasındakı məsələ də daha rahat həllini tapacaq. Beləliklə, Cənubi Qafqaza sülh və sabitlik gələcək. Dolayısı ilə bizim məqsədimiz təkcə Türkiyə-Ermənistan məsələsinin həlli yox, bütün bölgənin və Cənubi Qafqazın sülhə qovuşmasıdır. Barak Obama: ?İsmarışınızı çox yaxşı başa düşdüm. Bu arada Sizin Ermənistanla münasibətləri normallaşdırmaq üçün göstərdiyiniz səyləri yaxından izləyirik və bilirik?. Barak Obama Türkiyənin Əfqanıstan məsələsindəki yardımlarına görə Abdullah Gülə minnətdarlığını bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib. Telefon söhbətində Kipr probleminin həlli də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA