ümid Partiyası: ?Müsavat Hakimiyyətin missiyasını yerinə yetirdi?

img

16-10-2009 [07:01]


?Müxalifətin son 3 ildə yaratdığı və ən uğurlu koalisiyası hesab olunan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının dağıdılması təbii ki, birbaşa olaraq hakimiyyətin marağındadır və bu prosesin həyata keçməsi, daha da sürətləndirilməsi üçün hakimiyyət xeyli müddətdir ki, çaba sərf etməkdədir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Müsavat Partiyasının bəyanatına cavab olaraq, Ümid Partiyasının verdiyi bəyanatda yer alıb. Bəyanatda qeyd olunur: Təəssüflər olsun ki, hakim düşərgənin bu arzularının gerçəkləşməsində əsas missiyanı Müsavat Partiyası həyata keçirmiş oldu və bu partiyanın son günlər ərzində sərgilədiyi mövqe açıq şəkildə müxalifətin əsas birliyinin sütunlarını hədəfə almış oldu. Burada Müsavat Partiyası tərəfindən ilkin olaraq Ümid Partiyasının hədəf kimi seçilməsi də təsadüfi deyildi. Çünki Müsavat rəhbərliyi məhz Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini bəhanə gətirərək hakimiyyət tərəfindən qoyulan öhdəliyə əməl etmiş oldular. Bələdiyyə seçkilərində iştirak qərarı verdiyimiz anda seçki komissiyalarında müxalifətin yeganə təmsilçiliyini həyata keçirən Ümid Partiyasının qarşısına imtina şərtinin qoyulması faktı əslində Müsavat Partiyasının dağıdıcılıq missiyasının ideya lokomotivi idi. Müsavat Partiyası bu öhdəliyini digər partiyaları hədəfə seçməklə də həyata keçirə bilərdi. Əslində bu da gözlənilir. Belə olan təqdirdə sual edirik: Müsavat Partiyası ilə əməkdaşlığı davam etdirməyinə dəyərmi? Özünün tarixi keçmişində neçə-neçə müxalif birliyi dağıtmış Müsavat Partiyası Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını da ?Demkonqres?i, ?SİDSUH?u, ?Azadlıq? blokunu dəfn etdiyi ?müxalif ittifaqlar qəbirstanlığı?nda gömmək niyyətindədir. Məhz Müsavat Partiyasının anlamsız cığallığı səbəbindən müxalifətə aid heç bir siyasi blok uğura imza ata bilməyib və bütün nəticələr eynidir: Müsavat Partiyasının qeyri-konstruktivliyinin doğurduğu parçalanma. Sual olunur: nədən Müsavat Partiyası 3 il əvvəl imtina etdiyi, əməkdaşlığı mümkünsüz hesab etdiyi, parlament naminə rədd etdiyi ADP və AXCP ilə yenidən bir yerdə olmaq istəyir? Yenədəmi onların hesabına mandat qazanıb, onları prosesdışı qoymaq niyyətindədir? Bildirək ki, bütün bunlar həm də hakimiyyətin marağındadır və məhz hakimiyyət-Müsavat ortaqlığının təcəssümüdür. Əslində hər şey 2010-cu ilin parlament seçkilərinə hesablanıb və yenidən müxalifət cameəsinin brendinə tamah salan Müsavat Partiyası məhz hakimiyyətin istəyinə uyğun olaraq Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını hədəfə götürməklə öz dağıdıcılıq missiyasını davam etdirməkdədir. Bu isə o deməkdir ki, əslində yalnız müxalifət düşərgəsini yox, bütünlükdə olaraq Azərbaycanın müxalif eloktoratının siyasi maraqlarını təhlükə altına atan Müsavat Partiyası bütün cəmiyyət və müxalifət partiyaları tərəfindən açıq şəkildə qınanmalıdır. Biz isə bəri başdan bəyan edirik: Müsavat Partiyasının bu dağıdıcılıq fəaliyyətinin durmayacağı təqdirdə əməkdaşlığımızın davam etdirilməsi mümkünsüzdür!

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA