Azərbaycanlı politoloqlar protokolların imzalanmasını müzakirə etdilər

img

16-10-2009 [03:55]


Bu gün ?Ria-Novosti? agentliyində politoloqların iştirakı ilə cari iki ay ərzində Azərbaycan ətrafında baş verən hadisələr ? Türkiyənin Ermənistanla protokolların imzalanması və Dağlıq Qarabağ danışıqlarının gedişatı ilə bağlı dəyirmi masa təşkil edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən politoloq Rasim Ağayev Türkiyənin bütün məqamlarda Azərbaycana siyasi dəstək verdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasına başqa prizmadan yanaşmaq lazımdır: ?Biz nədənsə həmişə dostumuz olan Türkiyəni qınamağa çalışırıq. Qətiyyən belə düşünmək lazım deyil. Bundan əlavə, biz buna etiraz edib Ermənistanla müharibə də edə bilmərik. Çünki ordumuz hələ buna hazır deyil. Mənə elə gəlir ki, Dağlıq Qarabağ birdən-birə Azərbaycana verilməyəcək?. Politoloq Fikrət Sadıqov isə regionda müxtəlif formatda diplomatik oyunların getdiyini nəzərə çatdırıb. Onun qənaətincə, əslində protokolların əvvəlcədən imzalanmasına səbəb qaz və neftdir: ?Amerikanın protokolların imzalanmasına səy göstərməsinə səbəb onun regiondakı obyektlərinə sabitliyin yaradılmasıdır. Nəzərinizə çatdırım ki, ötən gün Azərbaycanla Rusiya arasında yeni qaz sazişinin imzalanması, protokolları qəbul etməmək anlamına gəlir. Hesab edirəm ki, ABŞ prezidenti Barak Obamaya erməni diasporu çox güclü təsir göstərir. Çünki həmişə erməni diasporu demokratlarla əlbir olub. Təbii ki, Rusiyanın da bu regionda maraqları var. O, Türkiyə vasitəsilə regionda sabitlik yaradaraq Qərbin imkanlarının geniş olmamasına çalışır. Protokolların imzalanması o demək deyil ki, Ermənistan və Türkiyə arasında hərtərəfli diplomatik münasibətlər qurulacaq. Mənim subyektiv fikrimcə, ilin axrına kimi protokollar ratifikasiya olunacaq. Çünki hakim partiyaların nümayəndələri parlamentdə çoxluq təşkil edir. Düşünürəm ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində mövqeyi əvvəlki kimi qeyri-konstruktiv olacaq. Lakin protokollarla bərabər bizim məsələlər də paralel şəkildə öz həllini tapacaq?. Tarix elmlər doktoru, professor Eldar İsmayılov isə bildirib ki, Ermənistanın istər Türkiyəyə, istərsə də Azərbaycana olan iddiaları sərhədlərin dəyişməsinə heç vaxt şərait yaratmaz: ?Yaxşı bilirik ki, bu böyük oyunda aparıcı qüvvə ABŞ və Rusiyadır. Biz yürütdüyümüz siyasəti Türkiyəyə sırıya bilmərik. Çünki türklərdə anti-erməni psixologiyası yoxdur?. Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, 1994-cü ildə Azərbaycanın apardığı uğursuz müharibədən və atəşkəs haqqındakı Bişkek protokolundan sonra müəyyən formada siyasət yürüdülürdü: ?2009-cu ilin payızında status-kvo pozuldu. Bu addımı Türkiyə atdı. İndi yeni oyun üçün ciddi imkanlar yaranıb. Düşünürəm ki, dalana dirənmiş və səmərəsiz siyasətdən hansısa yeni üfüqlər açan siyasətə dönüş özü-özlüyündə müsbət hadisədir. Mən sizi əmin edirəm ki, ilin sonuna qədər Madrid prinsipləri əsasında hazırlanan çərçivə sazişi imzalanmalıdır. Fəqət, onun razılaşdırılmamış məsələləri masanın üstündədir. Mən də razıyam ki, protokollar mütləq ratifikasiya ediləcək. Lakin regionda qəribə proseslər gedir. İlham Əliyev qazı Rusiyaya ona görə verir ki, Qarabağın qaytarılmasında köməklik göstərsin. Rusiya isə qazı istəyir, amma problemi həll etmək istəmir. Çünki Cənubi Qafqazda sonuncu təsir imkanını itirmiş olar. Bizdə belə bir psixologiya formalaşıb ki, erməni diasporu çox güclüdür. Azərbaycan istəsə onun da diasporası güclü ola bilər. Azərbaycan düzgün aparmadığı siyasətini əzabını indi çəkir. Ona görə bu məsələdə onun heç kimi qınamsı düzgün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA