Abdulla Gül: "Heç bir ölkənin digər ölkənin ərazilərini izğal etməyə haqqı yoxdur"

img

16-10-2009 [01:44]


Türkiyə prezidenti Abdulla Gül Fransanın L`Express jurnalına verdiyi müsahibəsində, ölkəsi ilə Ermənistanın əlaqələrinin normallaşması istiqamətində rəsmi Ankaraya təzyiq göstərilmədiyini bildirib. Türkiyə prezidenti onu da əlavə edib ki, heç bir ölkənin digər ölkənin ərazilərini işğal etməyə haqqı yoxdur. Gülün sözlərinə görə, dondurulmuş münaqişələr çox təhlükəlidir və hər an yenidən başlaya bilər. "Dondurulmuş münaqişənin acı nəticəsini Gürcüstan və Rusiya arasında meydana gələn silahlı toqquşmada gördük. Qafqazda güvənlik olarsa, regionda sülh və stabillik də olar". Xatırladaq ki, oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına dair protokollar imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA