ADP Bursada Azərbaycan Bayrağına göstərilən münasibəti pislədi

img

15-10-2009 [01:35]


Türkiyənin Bursa vilayətində Ermənistanın yığma komandası ilə keçirilən futbol görüşü zamanı hər iki dövlətin bayraqlarının qaldırılmasına heç bir maneə olmadığı halda, Azərbaycan bayraqlarının içəri buraxılmasına və oyunun gedişində dalğalanmasına siyasi don geydirərək FİFA-ın adı altında qadağalar qoyulması Azərbaycanda dərin hiddətlə qarşılanıb. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, partiya Azərbaycan bayrağına göstərilən münasibətdən ciddi narahatdır. ADP istər bir sıra xristian dövlətlərinin himayəsi altında Ermənistan sarıdan eyni acı aqibəti yaşayan və hər iki ölkənin tarixi ərazilərinə iddialı olan işğalçı bir dövlətlə onun işğalçılıq siyasətinin qarşısının alınmasına yönələn heç bir ilkin şərtlər irəli sürülmədən Türkiyənin belə bir protokola imza atmasından, istərsə də Bursada keçirilən oyun zamanı Azərbaycan bayraqlarını içəri daşımaq istəyən həmyerlilərimizə və onlarla həmrəy olan Türkiyə vətəndaşlarına qarşı edilən polis zorakılığından, bayraqlarımızın alınıb crılması və qutulara atılmasından ciddi narahat olduğunu bildirir. ADP Türkiyə yetkililəri tərəfindən məqsədyönlü və əvvəlcədən düşünülmüş qaydada belə bir addımın atılmasını iki qardaş xalqın arasındakı səmimi münasibətlərə uyğun gəlmədiyini, BMT-in tam hüquqlu üzvü olan olkənin bayrağının qaldırılmasına yasalar qoyulmasını nəinki ölkələrimiz arasında olan tarixi və mənəvi dəyərlərə, həmçinin beynəlxalq hüquqa və nəzakət qaydalarına zidd olduğunu bildirir və Türkiyə hakim partiyasının siyasi çıxarlarına hesablanmış bu addımı qətiyyətlə pisləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA