Türkiyənin bu cür siyasi oyunu Azərbaycana xəyanət kimi qiymətləndirilir

img

14-10-2009 [02:00]


Bu gün ?Ria-Novosti? agentliyində Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) Ermənistan və Türkiyə arasında protokolların imzalanmasına dair mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Xalq Sosialist Partiyasının sədri Rövşən Hüseynov bildirib ki, Ermənistan və Türkiyə arasında protokolların imzalanması Azərbaycanın milli maraqlarına ziddir: ?Protokolların imzalanmasından qabaq Ermənistan və Türkiyə rəsmiləri dəfələrlə görüşərək bu məsələləri müzakirə etmişlər. Rəsmi Ankara tərəfindən rəsmi Bakıya dəfələrlə bildirilmişdi ki, Ermənistanla heç bir protokol və sərhəd açıla bilməz. İndi də bildirirlər ki, protokollar parlamentdə hələ ratifikasiya olacaq və artıq burada Azərbaycanın ərazi bütövlüyü prinsipləri nəzərə alınacaq. Bizdə olan məlumata görə, artıq Türkiyə iqtidarı və Qərb MHP və CHP ilə danışıqlar aparmaq istəyirlər ki, protokollara qarşı çıxmasınlar. Burada əsas məqsəd Azərbaycanın danışıqlardan kənarda qalması və onun milli maraqları nəzərə alınmamasıdır?. AXSP sədri onu da bildirib ki, rəsmi Bakı bununla bağlı Türkiyəyə sərt mövqeyini bildirməlidir: ?Bu gün Azərbaycan iqtisadi cəhətdən nə Türkiyədən, nə də Ermənistandan asılıdır. Ölkəmizin kifayət qədər imkanı var ki, proseslərə öz mövqeyini bildirsin. Hətta Azərbaycan Türkiyəyə verdiyi qazın qiymətinə də aydınlıq gətirə bilər. Çünki yaxşı bilirsiniz ki, Azərbaycan Türkiyəyə dünya bazarından aşağı qiymətə qaz satır. Nə qədər ki, biz bu məsələlərlə bağlı susacağıq, nə qədər ki, ümidlərimizi Türkiyə rəsmilərinə bağlayacağıq, o zaman Dağlıq Qarabağ münaqişəsi bir daha da uzanacaq?. R.Hüseynov nəzərə çatdırıb ki, baş verən bütün proseslərdən yalnız rəsmi Ankara udur: ?Türkiyə qarşısında məqsəd qoymuşdu ki, Avropa Birliyinə daxil olmaq üçün onun qarşısını kəsən bütün maneələri aradan qaldırsın. Budur, artıq bu maneələr aradan qaldırılmaqdadır. Ona görə də biz partiya olaraq, hərə iki dövlətə arsında imzalanan bu protokolları pisləyir və Türkiyənin bu cür siyasi oyununu Azərbaycana xəyanət kimi qiymətləndiririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA