Hakimiyyətyönlülər arasında fikir ayrılığı yaranıb

img

13-10-2009 [04:20]


?Mən deməzdim ki, iqtidaryönlü partiyaların bir araya gəldiyi Məşvərət Məclisinin aktiv dövrü arxada qaldıb. Hazırda iqtidaryönlü partiyaların daha ciddi şəkildə birləşməsinə ehtiyac var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun Məşvərət Məclisinin fəaliyyətin zəif olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. DADP sədri Məşvərət Məclisinin zəif olmasını qəbul etməsə də, fəaliyyətinin daha da gücləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində də hakimiyyətyönlülərin daha aktiv və birgə olması vacibdir: ?Məmməd Əlizadə ilə Zahid Orucun fikirləri fərqlənə bilər, bu normal haldır. Mən hesab edirəm ki, birlik vacibdir, heç kim birlikdən ziyan çəkməz. Qaldı ki, Məşvərət Məclisinin Ana Vətən Partiyasının rəhbərliyi dönəmində daha aktiv olmasına, o zaman qurum yeni yaranmışdı, aktiv dönəm idi. Ona görə də Məşvərət Məclisinin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi. Amma bizim də rəhbərliyimiz dövründə Məşvərət Məclisinin fəaliyyəti kifayət qədər yüksək olub. Amma mən belə müqayisələr aparmaq istəməzdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA