Tahir Abbaslı Türkiyənin Ermənistanla protokollara imza atmasında Azərbaycan hakimiyətini suçlayır

img

12-10-2009 [04:03]


Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Türkiyənin bölgədə yürütdyü siyasəti, həmçinin Ermənistanla əməkdaşlıq protokollarını imzalamasını dəstəkləyir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın sədri hacı Tahir Abbaslı məlumat verib: ?Hesab edirəm ki, qardaş-qardaş deyib ağlamaqdansa, protokolların imzalanmasına etiraz etməkdənsə bəzi proseslərdən kənarda qalmağımızın, ləngiməyimizin səbəblərini araşdırmaq daha yaxşı olardı. Məncə Qarabağla bağlı Türkiyə deyil, ən böyük günahkar elə öz iqtidarımızdır. Vaxtında çevik siyasət yürütsəydlər indi gülünc vəziyyətdə qalmazdıq?. AİDP sədri Türkiyənin öz maraqlarını önə çəkməsində qəbahət yoxdür: ?Bizim iqtidar öz maraqlarını güddüyü kimi, Türkiyə də milli və dövlət maraqlarını güdməlidir. Mən hesab edirəm ki, Türkiyə hakimiyyəti barşıq təklif etməklə düzgün addım atdı. Ərdoğan hökuməti təkcə milli və dövlət maraqları xatirinə deyil region dövlətlərinin maraqları naminə böyüklük göstərərək güzəştli mövqe sərgilədi. Bu fikirdəyəm ki, dünyada söz sahibi olmaq, istiqamət vermək üçün həm də ədalətli olmaq lazımdır?. Bütün bunlarla bərabər T.Abbaslı deyib ki, o Türkiyə hökumətinin Azərbaycan tək qoyacağı ilə bağlı deyilənlərə inanmır: ?Əvvəlki fikrimdə qalıram ki, Türkiyə hakimiyyəti bu prosesdə Qarabağ məsələsini arxa plana keçirməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA