Seçkiyə qatılan AMiP-çilər sənədlərini bazar ertəsindən DSK-lara təqdim edəcək

img

10-10-2009 [02:28]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvləri oktyabrın 12-dən etibarən bələdiyyə seçkilərində iştirak etmək üçün sənədlərini müvafiq Dairə Seçki Komissiyalarına təqdim edəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP mətbuat və informasiya katibi Əli Orucov bildirib ki, hələlik seçkiyə qatılacaq partiya üzvlərinin tam siyahısı tərtib olunmayıb: ?Düzü, rayon təşkilatlarından mərkəzi aparata namizəd olacaq şəxslərin siyahısı gəlib çatmayıb. Partiya rəhbərliyi rayon təşkilatlarna tapşırıq verib ki, həmin siyahı yaxın müddət ərzində mərkəzi aparata təqdim edilsin. Çünki biz də bilməliyik ki, hansı dairələrdə bizim namizədimiz var, hansı dairədə yoxdur?. AMİP funksioneri onu da vurğulayıb ki, dəqiq say bəlli olmasa da, bələdiyyə seçkidə maksimum dairədən namizəd irəli sürmək niyyətindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA