KXCP qərargahının önündə vəfat edən Mirmahmud Mirəlioğlunun oğlu torpağa tapzırılıb

img

03-10-2009 [12:27]


Xəbər verildiyi kimi, Klassik Azərbaycan Xalq Cəbhəsinin (KXCP) sədri Mirmahmud Mirəlioğlunun oğlu dünən vəfat edib. Qeyd edək ki, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev dünən saat 17.00 radələrində KXCP qərargahı qarşısında qəfildən yıxılıb və dünyasını dəyişib. İlkin ehtimallara görə, o, ürək tutmasından keçinib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Oruc hələlik M.Fəttayevin ölüm səbəbi barədə məlumatsız olğunu bildirib. Partiya sədri M.Fəttayevin dəfn olunduğunu da söyləyib. Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, M.Fəttayevin ölümü ilə bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Mərhumun meyitinin ekspertizaya göndərildiyi bildirilsə də, ailəsi onun meyitinin daxili müayinəsinə icazə verməyib. Allah rəhmət eləsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA