ALDP sabahdan DSK-ya təqdim etmək üçün lazımı olan sənədləri namizədlərinə verəcək

img

08-10-2009 [01:07]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. ALDP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyət, bələdiyyə seçkilərinə start verilməsi , ABŞ müdafiə nazirliyinin müavini Aleksandr Verşbounun çıxışına münasibət və təşkilatı məsələlər müzakirə olunub. ALDP sədri Fuad Əliyev ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşboununi çıxışında Qəbələ RLS-dən birgə istifadə ilə bağlı Rusiya ilə əməkdaşlığın mümkünlüyünə münasibət bildirərək partiyanın bəyanatını qəbul olunmasını təklif edib. ?ALDP hesab edir ki, ABŞ və Rusiyanın regionda maraqlarının toqquşması və yaxud da hansısa maraqları naminə Azərbaycanı zərbə altına atılması yolverilməzdir. ALDP ümumiyyətlə Qəbələ RLS-dən heç bir xarici dövlətin istifadəsini məqbul saymır və obyektin Rusiyaya icarəsinin vaxtı bitdikdən sonra onun uzadılmaması, ləğv olunması təklifi ilə çıxış edir. ALDP hesab edir ki, Rusiyanın Qəbələ RLS-ın icarəyə götürülməsi ilə bağlı Azərbaycana ödədiyi xərc bu obyektin cəmiyyətə vurduğu ziyanı sığortalamaq məqsədi daşıyır. ALDP Qəbələ RLS ABŞ və Rusiyanın maraq dairəsində olmasına baxmayaraq region, xüsusilə Azərbaycan və onun qonşu dövlətləri üçün böyük təhlükə mənbəyidir? ? bəyanatda qeyd olunub. İclasda bələdiyyə seçkilərinə hazırlıq barədə məlumat dinlənilib. Məlumatda bildirilib ki, partiya seçkilərə hazırdır və sabahdan Dairə Seçki Komisiyalara (DSK) təqdim etmək üçün lazımı olan sənədlər namizədlərə veriləcək. Bununla bağlı bəzi təşkilatı məsələlər müzakirə olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA