Qılıncoynadanlarımızın Antalyadakı yarızması uğusuz olub

img

07-10-2009 [05:56]


Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Dünya çempionatına yekun vurulub. Sablyaçı qadınlardan ibarət yığma komandamız bu mübarizədə 21 kollektiv arasında 19-cu nəticə göstərib. Xanımlarımız ilk görüşlərində Tunisdən olan idmançılara 43-45 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıblar. Millimiz yalnız Qazaxıstan və Türkiyə seçməsini qabaqlamağı bacarıb. Dünya çempionatının fərdi yarışlarında da həmyerlilərimiz uğur qazana bilməyiblər. Kişi şpaqaçılar arasında ölkəmizi 2 qılıncoynadan təmsil edib. Kənan Əliyevlə, Vəkil Nəsibov qrup mərhələsində keçirdiyi 10 dueldən yalnız 1-də qələbə qazanıblar. Qadınlardan isə sablyaçı Sevil Bünyatova və Səbinə Mikina Antalyada ölkəmizin şərəfini qoruyub. Hər iki qılıncoynadanımız seçmə mərhələni uğurla başa vuraraq, pley-off mərhələsinə vəsiqə qazansa da, bu mərhələdə məğlub olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA