Vaqif Sadıqov "Neftçi"nin baz məzqçisi təyin olundu

img

29-09-2009 [03:34]


Gözlənildiyi kimi, "Neftçİ"də baş məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın məlumatına görə, Böyükağa Ağayevi baş məşqçi postunda Vaqif Sadıqov əvəzləyib. Bu gün keçiriləcək mətbuat konfransında Sadıqov ictimaiyyətə təqdim olunacaq. Bununla da 14 ildən sonra Sadıqov doğma klubuna qayıtdı. 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında "Neftçi" ölkə kubokunu qazanıb. Həmin vaxt Kiprin "Apoel" klubuyla qarşılaşan "ağ-qaralar" səfərdə 0:3 hesabıyla məğlub olmuş, öz meydanında isə qolsuz heç-heçə oynamışdı. Xatırladaq ki, Böyükağa Ağayevin "Neftçi"dən getməsi xəbərini ilk dəfə olaraq Qol.Az yaymışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA