Hacıbaba Əzimov prezidentə və Milli Məclisin sədrinə müraciət edib

img

07-10-2009 [04:33]


?Dövlət Müstəqilliyi Günü? dövlət bayramının dövlət səviyyəsində keçirilməsi zərurəti haqqında VAMBP sədri, prof. Hacıbaba Əzimovun partiya adından Prezident İIlham Əliyevə, Milli Məclisin sədri cənab Oqtay Əsədova və deputatlara məktub ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məktubda göstərilir ki, ?Azərbaycan xalqının apardıgı agır, lakin şərəfli mübarizə sayəsində 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün ? 18 oktyabr - ?Dövlət Müstəqilliyi Günü? dövlət bayramı statusu alaraq uzun illər ərzində dövlət bayramı və istirahət günü olaraq qeyd edilib. Lakin inanılmaz rüsvayçı haldır ki, 2006-cı il dekabrın 8-də Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəblinin təqdimatı və təklifi ilə Milli Məclis ?Dövlət Müstəqilliyi Günü?, ? Milli Dirçəliş Günü? və ?Konstitusiya Günü? dövlət bayramlarının iş günü olması və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. H.Rəcəbli milli dövlətçiliyimizə bu növbəti xəyanətkar niyyətinin baş tutması üçün deputatları və bütün xalqı aldadaraq Milli Məclisin tribunasından belə bir saxta məlumat yayıb ki, güya Türkiyədə, Finlandiyada, Norveçdə, Ruminiyada, İspaniyada, İngiltərədə,İtaliyada, Fransada da həmin dövlət bayramları iş günüdür. O, həm də deputatları və bütün xalqı sanki ələ salaraq deyib ki, ?Dövlət Müstəqilliyi Günü? və digər dövlət bayramlarının iş günü edilməsi ilə bağlı dəyişikliklər ?xalqın rifahına və milli-mənəvi dəyərlərə xidmət edir?. H.Rəcəblinin sözlərindən belə çıxır ki, həmin bayramlar milli-mənəvi dəyərlərə zidd bayramlardır(???). Beləliklə, dünyada analoqu olmayan rüsvayçı, parodoksal bir vəziyyət yaranıb. Bütün dünyada, o cümlədən postsovet ölkələrində əsas dövlət bayramı olaraq qeyd edilən ? Dövlət Müstəqilliyi Günü? bayramı Azərbaycanda iş günü edilib və bununla da faktiki olaraq bu bayramın dövlət səviyyəsində keçirilməsinin qarşısı alınıb.? Müraciətin sonunda deyilir: ?Yuxarıda göstərilənləri əsas tutaraq Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) hakimiyyət orqanlarını 2006-cı ildə Milli Məclisdə qəbul olunan son dərəcə yalnış və zərərli qərarı dəyişdirməyə, ?Dövlət Müstəqilliyi Günü? bayramının beynəlxalq praktikaya müvafiq olaraq qeyri- iş günü statusunu bərpa etməyə və bu bayramın hər il dövlət səviyyəsində geniş və təntənəli şəkildə qeyd edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA