Akif Nağı: ?Türkiyə Azərbaycanın maraqlarına xəyanət edir?

img

09-10-2009 [04:18]


?Azərbaycan cəmiyyəti belə bir əhval-ruhiyyəyə köklənib ki, Türkiyə rəhbərliyi Azərbaycanı aldatmaz və dediyi sözün üstündə duracaq. QAT isə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşma Qarabağ məsələsinin həllinə mənfi təsir göstərəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə-Ermənistan münasibətlərindən danışarkən deyib. A.Nağı hətta Türkiyənin Azərbaycanın maraqlarına xəyanət etdiyini də bildirərək, bununla bağlı dünən ?dəyirmi masa? keçirdiklərini söyləyib: ?Orda da bu məsələnin ətrafında geniş müzakirələr aparıldı. Ümumi şəkildə belə bir fikir fomalaşdı ki, hər kəs protokolun imzalanacağı günü gözləsin. Yalnız bundan sonra hansısa addımlar atmaq olar?. QAT sədri indidən aksiyalar keçirməyin yersiz olduğunu da bildirib: ?Bir il bundan öncə bu məsələ gündəmə gələndə biz təşkilat olaraq öz mövqeyimizi ortaya qoymuşduq. Türkiyə bu addımı atırsa, deməli, Azərbaycan da öz seçimini etməli və öz problemini özü həll etmək üçün yollar axtarmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA