Nardaran sakinləri budəfəki bələdiyyə seçkilərində iztirak edəcəklər

img

07-10-2009 [04:09]


Bundan öncə bələdiyyə seçkilərində iştirakdan imtina edən Nardaran sakinləri qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İslam Partiyasının sabiq sədri, Nardaran ağsaqqallarından olan Hacı Hacıağa Nuri məlumat verib. Onun sözlərinə görə, hazırda sakinlər arasında budəfəki bələdiyyə seçkilərində iştirak etmək barədə müzakirələr gedir: ?Bizim əsas tələbimiz odur ki, seçkidə saxtakarlıq olmasın. Kimsə təyinatla seçilməsin. Əvvəllər də, indi də bizim tələbimiz budur. Bu mənada deyə bilərəm ki, Naradaranda budəfəki bələdiyyə seçkiləri ədalətli keçirilməlidir. Sakinlər kimi istəyirsə, ona səs verəcək. Başqa cür də mümkün deyil. Çünki Nardaranda təyinatla kimsə seçilə bilməz. Seçkiləcək şəxsi də biz özümüz müəyyənləşdirib səs veririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA