Birləzmiz müxalifətin daxilindəki gərginlik davam edir

img

30-09-2009 [03:54]


Qarabağ və Respublika Uğrunda Hərəkatın daxilində baş verən Ümid-Müsavat gərginliyi fonunda Ümid Partiyasının 29 sentyabr tarixli məlum bəyənatına cavab olaraq Müsavat funksionerlərindən adekvat olmayan cavablar gəldi. Mövzu ilə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyası Mətbuat və İnformasiya məsələləri üzrə sədr müavini Şəbnəm Karslı bildirib ki, Ümid Partiyası hərəkatın dağılma təhlükəsinin aradan qalxması, yola olduğu yerdən davam etmək naminə məlum bəyənatı yayıb: ?Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, Ümid Partiyasının bəyanatı bəzi mətbu orqanlarda Ümid Partiyasının şərtindən geri çəkilməsi kimi xarakterizə olunub. Bildirmək istərdik ki, Ümid Partiyası şərtindən geri çəkilməyib, sadəcə olaraq cəmiyyətin birlik sifarişinın və müxalifət düşərgəsinin vəhdətinin təmin olunması, Qarabağ və Respublika Uğrunda Hərəkatın daxilindəki gərginliyi azaltmaq üçün heç bir şərt irəli sürülmədən davam etmək niyyətində olduğumuzu bildirmişdik. Təbii ki, bizim bu səmimi münasibətimizə qarşılıq olaraq Hərəkat daxilində təmsil olunan Müsavat partiyasından da eyni dərəcədə səmimi olmasını tələb edirik. Biz şərtimizdən geri çəkilməzdən öncə Müsavat partiyasının təklifinin geri çəkməsini tələb edirik. Yalnız bu halda Ümid öz şərtindən geri çəkilə bilər. Müsavat funksionerlərindən birinin mövqeyində isə bildirilir ki, guya Ümid Partiyasının seçki komissiyalarındaki nümayəndələrinin fəaliyyəti səmərəsiz olub bir çox hallarda hakimiyyətin mövqeyindən çıxış edirlər. Bu kimi fikirlər absurd olub heç bir həqiqətə əsaslanmır. MSK-da təmsil olunan Ümid nümayəndəsi indiyə qədər heç bir rəsmi protokolda hakimiyyətin mövqeyini rəsmiləşdirəcək imzaya qol atmayıb. O cümlədən, dairə və məntəqələrdə təmsil olunan Ümid nümayəndələrinin mövqeyi hər zaman ümummüxalifət mövqeyi ilə üst-üstə düşüb. Bunun əksi olaraq öncəki seçkilərdə MSK-da təmsil olunan Müsavat nümayəndəsinin mövqeyi ilə hamımız tanış olmuşduq. Təkcə buna görə Ümid Partiyasının MSK, dairə və məntəqələrdəki təmsilçiliyini dəstəkləmək labüddür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA