AMiP rəhbərliyinin isveç səfərinin nəticələri ilə bağlı konfrans keçirilib

img

06-10-2009 [02:58]


Bu gün Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) partiya rəhbərliyinin 28sentyabr-2 oktyabr tarixlərindəki İsveçdə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda çıxış edən AMİP-in mətbuat və informasiya katibi Əli Orucov deyib ki, səfər çərçivəsində məqsəd İsveçdə təmsil olunan Moderant partiyası ilə dostluq münasibətlərinin daha da genişləndirilməsi, Azərbaycandakı vəziyyətlə bağlı məlumat vermək olub. Onun sözlərinə görə, ilk görüş İsveçin XİN-nin baş məsləhətçisi Olof Ehrenkrona ilə olub: ?Bildiyiniz kimi, hazırda İsveç Avropa Şurasına sədrlik edən ölkədir. Söhbət zamanı onları maraqlandıran əsasə məsələ Azərbaycandakı vəziyyət və bizdə demokratik prinsiplərin nə dərəcədə qorunması idi. Təbii ki, biz də Azərbaycanda baş verən real prosesləri onların diqqətinə çatdırdıq. Növbəti görüşümüz isə parlamentdə oldu. Orada parlamentin xarici əlaqələr şöbəsinin üzvü Walburg Habsburg Dougle görüşərək ATƏT-in və Avropa Şurasının Bakı ofislərinin effektli fəaliyyət göstərməməsi ilə bağlı iradlarımızı bildirdik. Bundan əlavə, onların müxalifətlə gec-gec təmas qurmaqları və görüşlər zamanı müəyyən kriteriyaları gözləmədiklərini nəzərlərinə çatdırdıq. Daha sonra Moderant partiyasının nəzdində olan Harmanson fondunda görüşümüz oldu. Bu fond Azərbaycanda və müxtəlif ölkələrdə bir çox sahələr üzrə layihələr həyata keçirir. Biz onlara Azərbaycanda mətbuata basqının olduğunu, 3 jurnalistin hələ də həbsdə olmasını diqqətlərini çatdırdıq. Görüşlərimizin sıx olmasına görə, Azərbaycan İcması ilə görüşə bilmədik, əvəzində isə Türk İcmasının rəhbəri Tomas (Cümhur) Gur bəylə görüşdük və son zamanlar aktual olan Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə müzakirələr apardıq?. Ə.Orucov parlamentdə Avropanın Dağlıq Qarabağ üzrə həmməruzəçisi Qoran Lenmarkerlə görüşdüklərini bildirərək Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparıldığını nəzərə çatdırdı: ?Qoran Lenmarker bizə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ probleminin açarı Azərbaycan və Ermənistan prezidentlərinin iradəsindən asılıdır. Eyni zamanda, çəkinmədən bildirdi ki, bu problem həm də iki qütbün, yəni ABŞ-Rusiya münasibətlərindən asılıdır. Onu da qeyd edim ki, İsveçdə Qarabağ həqiqətləri ilə bağlı dolğun informasiyaya malik deyillər. Biz əyani təbliğat materiallarını əldə etmək üçün Əli Həsənovla əlaqə saxladıq. Lakin xahişlərimiz cavabsız qaldı. Əlimizdə faktlar olsaydı, onları düzgün təlimatlandırardıq. Daha sonra ombudsman Karla Ramsbaskla görüşərək, Azərbaycanda insan hüquqlarının mövcud vəziyyətlə bağlı məlumat verdik. Biz Stokholm, Marstda, Siqtuna, Solna bələdiyyələrində görüşlərimiz oldu. Məlumat üçün bildirim ki, bizdən fərqli olaraq, orada 285 bələdiyyə və 2512 məhəllə qurumları mövcuddur. Burada bütün seçkilər proporsional qaydada keçirilir. İsveç parlamentinin Avropa İttifaqı ilə məsələlərin sədri Qusdav Blikslə görüş zamanı bizə bildirdi ki, qısa müddət ərzində Azərbaycanda vəziyyətlə bağlı təkliflər paketi hazırlayın və biz bunun Avropa Şurasında müzakirəyə çıxarılması şərait yaradaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA