ADP prezidentin metroda gediz haqqının qaldırılmasına müdaxilə etməsini istəyir

img

02-10-2009 [01:39]


Dünəndən etibarən Tarif Şurasının qərarı ilə metroda gediş haqqının 3 dəfə qalxması Azərbaycan vətəndaşlarının əksəriyyətində ciddi narazılıq yaradıb. Müstəqil İnformasiya Agentliyin xəbərinə görə, kəskin və qəfil bahalaşmanın doğurduğu rezonanaslara mövqe bildirən ADP sədrinin ictimai məsələlər və mətbuat üzrə müavini Nurəddin İsmayıl mətbuat üçün açıqlama verib. Açıqlamada deyilir: ?Xalqımızın sosial-iqtisadi vəziyyətinin onsuz da ağır olduğu və qlobal maliyyə böhranının acı nəticələrinin hər bir ailədə gərgin problemlər yaratdığı bir vaxtda hökumətin belə bir qərara imza atması əhali arasında haqlı narazılıq yaratmaya bilməz. Nəzərə alsaq ki, metro gediş-gəlişindən istifadə edənlərin əksəriyyəti əhalinin iqtisadi sıxıntı içində yaşayan və gündəlik yaşamını minumum təlabatlar üzrə qurmağa məhkum olan böyük kəsimindən ibarətdir, onda verilən bu qərarın sosial ədalət prinsipinə nə qədər zidd olduğunu aşkar görmək mümkündür. Azərbaycan dövlətinin konstitusiya ilə üzərinə götürdüyü ana vəzifələrdən biri də öz vətəndaşlarını rifah halında yaşaması üçün qarantiya rolunda çıxış etməsi öhdəliyidir. Bu gün biz əhalimizin nəinki rifah içində yaşamasının, heç minimum təlabatlar içində də olsa normal yaşayışa malik olmadığının şahidiyik. Kəskin təbəqələşmə, vəhşi kapitalizmin insanlarımızı aclıq və səfalətə sürükləməsi az deyilmiş, digər tərəfdən də xalqın böyük hissəsini ağır vergilər və indeksasiya olunmayan əmək haqqı ilə imtahana çəkmək gec ya tez xalqla hakimiyyət arasında dərin uçurum yarada bilər ki, bunun da hansı fəsadlar və cəmiyyət daxilində sosial partlayışlar gətirə biləcəyi hər kəsə gün kimi aydın olmalıdır. Hakimiyyətdə təmsil olacağı təqdirdə əsas məqsədi xalqımızın xoşbəxt və firavan həyatını təmin etməkdən ibarət olan Azərbaycan Demokrat Partiyasının çoxsaylı üzv və tərəfdarları hökumətin düşünülməmiş və vətəndaşların iqtisadi vəziyyətini daha da ağırlaşdıran bu cür qərarlarına qarşı qəti etirazını bildirir və dövlət başçısını Tarif Şurasının qərarına yenidən baxmasını tələb edir.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA