ALP cəmiyyəti qiymət artımına qarzı kütləvi etiraza çağırdı

img

06-10-2009 [12:50]


?Etiraz aksiyası keçirmək üçün haqlarını qoruduğun insanların haqlarının tapdandığını dərk etməsi də gərəkdir. Bu gün bütün Bakı əhlinin, o cümlədən Bakıya gələnlərin haqqı tapdanıb. Əgər bu insanlarda etiraz hissi yoxdursa, etiraz aksiyalarını necə keçirək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə metroda gediş haqlarının qaldırılması ilə bağlı etiraz aksiyaların keçirilməsinə münasibət bildirərkən Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan deyib. Onun sözlərinə görə, hər şeydən öncə cəmiyyətin özü etiraza hazır olmalıdır: ?Əgər cəmiyyət etiraz etmirsə, mən nəyə etiraz edim? Partiya təkcə öz adından etiraz eləmir. Mən bilməliyəm ki, bu insanlarda etiraz hissi var, ondan sonra qabağa düşməliyəm. Əgər əksər insanlar etiraz hissini öz evində oturub deyinməkdə görürüsə, onu meydanı necə çıxardasan? Deyilənlərə görə, qiymət artımı davam edəcək. Hətta yanacağın qiymətnin də artacağı bildirilir. Buna da etiraz bildirmək lazımdır. Ona görə də cəmiyyəti kütləvi etiraza çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA