Müsavat Partiyasının bazqan müavini Qabil Hüseynli avtomobil qəzasına düzüb

img

05-10-2009 [11:46]


Müsavat Partiyasının başqan müavini, politoloq Qabil Hüseynli oktyabrın 3-də Salyan şəhərində avtomobil qəzasına düşüb. Q.Hüseynli hadisə ilə bağlı verdiyi açıqlamasında qəza zamanı başından və boyun nahiyəsindən xəsarət aldığını söylədi. ?Bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatlarında toplantılar keçirilir. Neftçala rayonunda toplantını başa vurub növbəti toplantını keçirmək üçün Salyan şəhərinə yola düşdük. Salyan şəhərinin dar küçələrinin birində gözlənilmədən bizim olduğumuz maşının üzərinə sürətlə ?Moskviç" markalı maşın gəldi. Həmin maşın çox sürətlə bizim maşınımıza çırpıldı. Mən qapının yanında oturmuşdum. Zərbədən başım o biri qapıya dəydi. Hadisə zamanı huşumu itirdim. Sonradan hadisənin şahidlərinin deməsinə görə, bizim əyləşdiyimiz ?ÇİP? markalı maşın 2 dəfə dövrə vuraraq yaxınlıqdakı arxa düşüb. Hadisə zamanı başım yaralanıb. Boynumda ağrılar var" - deyə Qabil Hüseynli bildirib. Hadisə yerinə yol polisinin gəldiyini deyən politoloq qanun keşikçilərinin qarşı tərəfi himayə etdiyini söyləyib: ?Özümə gələndən sonra bizi vuran sürücü ilə söhbət etdim. Onun ayıq olmadığı məlum oldu. Hadisədən dərhal sonra əraziyə yol polisi əməkdaşları gəldilər. Onlar heç bir ekspertiza aparmadan bizi günahkar çıxarmağa səy göstərirdilər. Polislər əvvəlcə bizə dedilər ki, gedin məsələni öz aranızda həll edin, amma sonra bizi də razı salın. Lakin sonradan vəziyyət dəyişdi. Faktı sənədləşdirdilər. Ekspertiza aparılmadan maşınımızın sahibi olan Elman Fəttahın sürücülük vəsiqəsini aldılar. Qarşı tərəf isə bizdən çox böyük miqdarda pul tələb edir. Halbuki zərər çəkən biz olmuşuq?. Məsələ ilə bağlı Elman Fəttaha müraciət etdik. O, qəzanın qarşı tərəfin günahı üzündən baş verdiyini söylədi: ?Şəhərin içində dar küçədə həddən artıq sürətlə hərəkət edən maşın mənim avtomobilimi vurub. Təsəvvür edin ki, idarə etdiyim ?CİP" markalı maşının yan tərəfi tamamilə sıradan çıxıb. Maşında olanlar xəsarət alıb. Lakin yol polisi məni günahkar çıxarmaq istəyir. Məlum olub ki, bizi vuran maşın Salyanda tanınan iş adamlarından birinə məxsusdur". Salyanda olan mənbələrimiz isə qəzanın təsadüfən olmadığını bildirirlər. Onların deməsinə görə, qəzanın baş verdiyi Təbriz Xəlilbəyli küçəsində sürətlə hərəkət etmək mümkün deyil: ?Həmin ərazidə yol polisi ümumiyyətlə olmur. ?Moskviç" markalı maşının həmin ərazidə sürətlə hərəkət etməsi və qəzadan dərhal sonra hadisə yerinə yol polisinin gəlməsi şübhələr yaradır". Məsələ ilə bağlı açıqlama verən Q.Hüseynli sui-qəsd məsələsi barədə dəqiq məlumata malik olmadığını bildirib: ?Hadisə sürətlə baş verdi. Huşumu itirdiyimdən hadisə tam dəqiqliyi ilə yadımda deyil. Qəsd barədə deyilənləri isə nə təsdiq, nə də inkar edə bilərəm?. Yeni Müsavat

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA