Həmsədrlərin səfəri zamanı Madrid prinsiplərinə dair təkliflər müzakirə olunacaq

img

29-09-2009 [02:15]


?Bildiyiniz kimi BMT Asambleyasına dünyanın bir çox ölkələrinin çıxış etdiyi bir yerdə Azərbaycanın mövqeyi bir daha açıqlanması, dünya ictimayyətinin nəzərinə çatdırılması, Azərbaycanı narahat edən və maraqlandıran siyasi məsələlər qaldırılması eşidilməmiş qala bilməz?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov jurnalistlərə açıqlamasında deyib. E.Poluxov bildirib ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun BMT-dəki çıxışları il boyu davam edəcək: ?Bu isə o deməkdir ki, bütün dünyaya Azərbaycanın tutduğu siyasi xətti məlum olur. BMT-dəki çıxışlar Azərbaycan üçün önəmli bir çıxış olacaq?. E.Poluxov sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı danışıqlar davam etdirilir: ?64-cü sesiya çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşü olub. Görüşdə bölgədə olan vəziyyət, danışıq prosesi müzakirə olunmuşdur. Eyni zamanda həmsədrlərin Azərbaycana səfərinin planları haqqında söhbət aparılıb. Müəyyən olunub ki, oktyabr ayı ərzində belə bir səfərin olması gözlənilir. Səfər zamanı həmsədrlər tərəfindən yeniləşdirilmiş Madrid prinsiplərinə dair təkliflər müzakirə olunacaq. Onun əsnasında biz də öz fikrimizi bildirəcəyik. BMT məclisində nazir çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətində bütün məsələlərdə dəyişilməz olaraq əsas proitet Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız ərazi bütövlüyü çərçivəsində həyat keçirilə bilər. Bu ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın Ermənistan icmasına ən yüksək müqəddərat təqdim oluna bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA