DUi metropolitenin qarzısında etiraz aksiyası keçirəcək

img

02-10-2009 [02:33]


Xəbər verdiyimiz kimi, Demokratiya Uğrunda İttifaq (DUİ) ?Azərsu?, ?Azərenerji? və ?Azəriqaz?ın qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Hazırda İttifaq sosial problemlərlə bağlı nəzərdə tutulan aksiyaya hazırlıq işlərini davam etdirir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. Onun sözlərinə görə, aksiyanın gününü və yeri barədə son qərar DUİ Sədrlər Şurasının gələn həftənin bazar ertəsi keçiriləcək iclasında veriləcək. Ə.Oruc onu da nəzərə çatdırıb ki, DUİ metroda gediş haqlarının üç dəfə qaldırılmasına da etirazını bildirəcək: ?Hamıya məlumdur ki, metrodan əhalinin əksəriyyət təşkil etdiyi yoxsul təbəqə istifadə edir. Gözlənilmədən və heç bir əsası olmadan gediş haqqını bu qədər qaldırmaq sözsüz ki, narazılıq yaradıb. Biz də DUİ olaraq, binası qarşısında aksiya keçirmək istədiyimiz dövlət qurumlarınını sırasına metropoliteni də əlavə edəcəyik. Yəni Metropolitenin binası qarşısında da etiraz aksiyası keçirə bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA