?Hərəkat dağılacaqsa, bunun məsuliyyəti Müsavat Partiyasının üzərində qalacaq?

img

01-10-2009 [03:55]


Son günlər Müsavatla Ümid Partiyası arasında yaranan gərginlik bu partiyaların da təmsil olundugu Qarabag və Respublika Ugrunda Hərəkatın parçalanacagını aktuallaşdırıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə bildirib ki, Ümid Partiyası heç bir şərt irəli sürmədən birliyin davam etdirilməsinin tərəfdarı olduğunu bəyanatla ifadə edib: ?Bizim nə hərəkatdan çıxmaq nə də Müsavatın təklifini qəbul etmək fikrimiz yoxdur. Bu gün komissiyalarda Ümid Partiyasını təmsil edən şəxslərin böyük əksəriyyəti fədakar insanlardır. Onlar saxta protokollara imza atmayıblar. Sözsüz ki, hamıdan eyni cür qəhrəmanlq gözləmək doğru deyil. Biz də o qədər ağılsğz deyilik ki, uzun illər partiya sıralaranda əzab-əziyyət çəkən, hər cürə mərhumiyyətlərə təqiblərə məruz qalan, partiyanın liderinə, rəhbərliyinə inanan insanlardan imtina edək. Ona görə də biz bu təklifi qeyri- səmimi və məntiqsiz heseb edirik?. Ə.Ağazadə onu da vurğulayıb ki, əgər bu səbəbdən Hərəkat dağılacaqsa, bunun məsuliyyəti Müsavat Partiyasının üzərində qalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA