DUi ?Azərsu?, ?Azərenerji? və ?Azəriqaz?ın qarzısında etiraz aksiyası keçirəcək

img

29-09-2009 [12:00]


Dünən Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası quruma qəbul edilmiş yeni üzvün - Milli Qurtuluş Partiyasının iştirakı ilə ilk toplantısını keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUİ Sədrlər Şurası ölkədəki siyasi durumu müzakirə edib, Türk Dövlətləti Parlament Assambleyasının ilk yığıncağının Bakı şəhərində öz işinə başlaması münasibətilə tədbir iştirakçılarına təbrik ünvanlayıb və bu təşkilatın yaranmasını türk dövlətlərinin siyasi birliyinə gedən yolda mühüm addım kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin önündə Madrid prinsiplərinə etiraz məqsədilə DUİ-nin keçirdiyi aksiyanı dəyərləndirən Sədrlər Şurası Qarabağ probleminin həlli tələbi ilə aksiyaların keçirilməsi istiqamətində məsləhətləşmələrin davam etdirilməsini qərara alıb. Eyni zamanda DUİ rəhbərliyi vətəndaşların çoxsaylı müraciətlərini, günü-gündən daha da pisləşən sosial durumu nəzərə alaraq Azərsu, Azenerji və Azərqaz Səhmdar Cəmiyyətlərinin önündə yaxın müddətlərdə etiraz aksiyaları keçirmək barədə də razılığa gəlib. Qeyd edək ki, Demokratiya Uğrunda İttifaqa Klassik Xalq Cəbhəsi, Xalq, Milli Qurtuluş, Azadlıq, Böyük Azərbaycan və Milli Demokrat partiyaları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA