Pənah Hüseynlə iqbal Ağazadənin qarzıdurması partiyalararası münasibətləri gərginləzdirib

img

05-10-2009 [02:50]


Dünən ?Yeni Müsavat? qəzetində AXP sədri Qiyas Sadıxovun açıqlaması dərc edilib. Onun Ümid Partiyasının, ümumiyyətlə, Sabirabad rayon təşkilatının olmaması barədə açıqlamalarına qarşı tərəfin narazılığı ilə qarşılanıb. Ümid Partiyasının iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli Müstəqil İnformasiya Agentliyinə deyilənlərin əsassız olduğunu bildirib: ?Əvvəla Qiyas bəy iddia edir ki, rayon təşkilatını yaradanlar 3-4 nəfərdən ibarət idi. Sabirabad rayon təşkilatının yaradılması ilə bağlı təşəbbüs qrupu formalaşanda 14 nəfərdən ibarət olub. Bu AXP-dən fərqli olaraq bizim təşkilat şöbəsində saxlanılan konkret sənədlərdə öz əksini tapıb. İkincisi, nəinki Sabirabad rayon təşkilatının, təşkilatın özəklərinin iclaslarının protokolları ilə yanaşı fotoları da bizdə var. Ümid Partiyasının Sabirabad rayon təşkilatı yaranandan sonra əslində AXP formal olaraq mövcudluq mərhələsini yaşamağa başlayıb. Bu baxımdan da yalnız bir rayon təşkilatının üzvü olan qohum-əqrabadan ibarət bir partiyanın həmin rayondakı dayaqlarını itirməsini və Qiyas bəyin psixaloji durumunu başa düşmək o qədər də çətin deyil. AXP-dən fərqli olaraq Ümid Partiyasının ölkənin bütün rayonlarında güclü təşkilatları və strukturları var. AXP sədri iddia edir ki, guya Ümid Partiyasının Sabirabad rayon təşkilatı Dairə Seçki Komissiyasına nümayəndə verməyə adam tapmırdı?. Ümid yetkilisi onu da nəzərinə çatdırıb, DSK-ya nümayəndə verilərkən 4 nəfərin namizədliyi irəli sürülüb və faktiki olaraq rayon təşkilatının məclisinin yekdilliklə qəbul etdiyi qərara əsasən Xanlar Abbasovun namizədliyi irəli sürülüb: ?AXP sədrinin nəzərinə çatdırmaq istəyirik ki, Xanlar Abbasov Ümid Partiyasının rayon təşkilatının qurucularından biridir və əgər o güman edirsə ki, rayon təşkilatının sədri AXP üzvüdür o zaman bir partiya sədrinin öz üzvlərindən xəbərsiz olması həmin partiyanın hansı səviyyədə olmasını bir daha sübut edir. Bundan başqa onu Ümid Partiyasının Sabirabad rayon təşkilatının üzvlərinin olmaması barədə Qiyas bəyin dediklərinin absurd olduğunu təkcə sənədlərlə deyil, son bir ildə rayonda keçirilən 3 müşavirədən çəkilmiş fotolarla sübut edə bilərik. Bu baxımdan da AXP sədrinə tövsiyyə edirik ki, tarixdə qalan gerçəkləri bu gün xəyal edərək danışmasa daha yaxşı olar. Biz bəzilərinin nə təmsil olunduğu bloka, nə partiyasına, nə də özünə aid olmayan məsələlərlə bağlı mövqe ifadə etmələrinin səbəblərini bilirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA