Müsavat Divanı bələdiyyə seçkilərində görüləcək izləri müzakirə edib

img

28-09-2009 [05:56]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağın əvvəlində Məclisin şənbə günü keçirilmiş toplantısı haqqında fikir mübadiləsi aparılıb. Bələdiyyə seçkilərində iştirakla bağlı Məclisin qərarından irəli gələn vəzifələr və görüləcək işlər müzakirə edilib, konkret tapşırıqlar verilib. Gündəliyin ictimai-ciyasi vəziyyətə dair bölümündə bir daha Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərində son gəlişmələr nəzərdən keçirilib. Müsavat Deputat Qrupunun üzvü İkram İsrafilin Türk Dövlətləri Parlamentlərarası Assambleyasında iştirak edəcək Milli Məclisin nümayəndə heyətinin tərkibinə daxil olunması haqda məlumat verilib. Daha sonra İsa Qəmbərin ?Şərq Tərəfdaşlığı? proqramı çərçivəsində Avropa Birliyi və Cənubi Qafqaz münasibətlərinə həsr olunmuş tədbirdə (30 sentyabr ? 3 oktyabr 2009-cu il) iştirak etmək üçün Brüsselə dəvət edilməsi haqda məlumat verilib, tədbirdə müzakirə olunacaq mövzular və keçiriləcək görüşlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA