Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüzəcəklər

img

08-10-2009 [11:26]


Bu gün Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə iyulun 17-də Rusiya paytaxtı Moskvada görüşüblər. Həmin görüşdə iştirak edən xarici işlər nazirlərinə tapşırılıb ki, beynəlxalq vasitəçilərlə birlikdə dövlət başçılarının payızdakı mümkün görüşünə hazırlıq görsünlər. Bu görüş Əliyev və Sarkisyanın 6 iyun 2008-ci ildə Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində başlayan danışıqlarının altıncı mərhələsi olub. Kişinyovda iki ölkə prezidentlərinin təkbətək görüşü ilə yanaşı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün baş tutacağı da gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bidirib ki, Kreml prezidentlərin Kişinyov görüşündən heç bir irəliləyiş gözləmir: ?Bu, sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addım olacaq?. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və Yuri Merzlyakov (Rusiya) oktyabrın 1-dən 6-dək İrəvan, Xankəndi və Bakıya səfər ediblər. Onlar Ermənistan və Azərbaycan rəsmiləri, o cümlədən, Dağlıq Qarabağ separatçılarının liderləri ilə görüşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA