Partiyaların blok yaratmaqla bağlı danızıqları nəticəsiz qaldı

img

28-09-2009 [03:16]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə partiyanın Sədr Aparatının növbəti iclası keçirilib. ALDP sədrinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, iclasda 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və partiyanın təşbbüsü ilə ?Azad Azərbaycan? adlı blokun yaradılması ilə bağlı liberalyönümlü siyasi qüvvələr arasında aparılan danışıqların nəticələri müzakirə olunub. Fuad Əliyev bildirib ki, sözügedən blokun yaradılması ilə bağlı bəzi partiyalar arasında danışıqlarla yanaşı partiyanın bələdiyyə seçkilərinə hazırlıq işi paralel aparılıb. Onun sözlərinə görə, partiya əvvəlki seçkilərə daha hazırlıqlı və formalaşmış şəkildə qatılacaq: ?Əsas məqsədlərimizdən biri bütün seçki və dairə məntəqələrində təmsil olunmaqdır?. ALDP sədri bu istiqamətdə aparılan işi sürətləndirmək və daha da təkmilləşdirmək üçün partiyanın seçki qərargahı rəhbərliyinə və rayon təşkilatlarına müvafiq tapşırıqlar verdiyini də bildirib. F.Əliyev daha sonra ?Azad Azərbaycan? blokunun yaradılması ilə bağlı liberalyönümlü partiya rəsmiləri arasında aparılan danışıqlara toxnunub. Bildirib ki, aparılan danışıqlar tərəflərin nəzərdə tutduğu nəticələri verməyib: ?Blokun yaradılmasına etiraz etmədilər. Lakin həmişə olduğu kimi, hər bir partiya öz maraqlarından çıxış etdi. Elə məsələlər ortaya çıxdı ki, konsesus əldə olunmadı. Bu, daha çox namizədlərin müəyyənləşdirilməsində və onların dəstiəklənməsində özünü büruzə verdi. Eyni zamanda, həm də digər qurumlarda təmsil olunmaq istədiklərini bildirdilər. Bu məsələdə də fikir ayrılıqları yarandı?. Partiya sədri qeyd edib ki, məqsəd heç də sözügedən blokun bu seçkilərdə yaradılması deyil: ?Biz istərdik ki, yaradacağımız blok bütün seçki proseslərində iştirak edib, həmrəylik nümayiş etdirsin. Amma bəzi partiyalarla apardığımız danışıqnlardan belə nəticə çıxardıq ki, əgər birlikdə olsaq, yaradacağımız blokun ömrü az olar, bəlkə də seçki öncəsi dağıla bilər. Ona görə də belə qərara gəldik ki, seçkilərə ayrı-ayrılıqda gedək?. ALDP sədri əldə olunmuş razılığa əsasən danışıq aparılan partiyaların adlarını çəkməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA