BAXCP sədri YAP-çı deputatlardan dəstək istəyəcək

img

23-09-2009 [03:45]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Azərbaycan Konstitusiyasına əlavələr edilməsinə dair təklif etdiyi layihə ilə bağlı partiyanın mərkəzi qərargahında dəyirmi masa keçirilib. Tədbirdə BAXCP, Ədalət, Yeni Azərbaycan, Böyük Quruluş partiyalarının nümayəndələri, QHT təmsilçiləri, hüquqşünaslar iştirak ediblər. Müstəqil İnformasiya Aentliyinin xəbərinə görə, toplantı jurnalistlər üçün qapalı olub. Tədbirdən sonra açıqlama verən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev təqdim olunan layihədə Konstitusiyanın 8 maddəsinə əlavələr təklif olunduğunu bildirib: ?Bu dəyişikliklərdə siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliliklərin və KİV-lərin inkişafına dövlət yardımının göstərilməsi təklif edilir, həmçinin Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması barədə də təkliflər irəli sürülür. Burada baş nazirin səlahiyyətləri nəzərdə tutulmayıb. Azərbaycanda baş nazir yalnız qərarları icra edir. Amma biz təklifdə göstəririk ki, Nazirlər Kabineti həm də müvafiq dövlət proqramlarının hazırlanıb dövlət rəhbərliyinə təqdim olunmasını həyata keçirsin, işlək bir quruma çevrilsin. Həmçinin, parlament Nazirlər Kabinetinin hesabatını qeyri-qənaətbəxş hesab etdikdə Milli Məclisin qərarı dərc olunan kimi baş nazir istefa verməlidir. İstefa vermiş baş nazir növbəti parlament seçkilərinə kimi baş nazir təyin oluna bilməz. Bundan başqa, baş nazirə ayrı-ayrı nazirlərin, dövlət qulluqçularının təltif olunması və cəzalandırılması ilə bağlı prezidentə təqdimat vermək səlahiyyətinin verilməsini, hökumətin təşkili ilə bağlı baş nazirin təkliflər irəli sürmək səlahiyyətinin olmasını təklif edirik?. Q.Həsənquliyevin sözlərinə görə, layihədə 9 üzvdən ibarət Məhkəmə Şurasının yaradılması, Şura üzvlərinin elmi-pedaqoji fəaliyyət istisna olunmaqla digər fəaliyyət növləri ilə məşğul olmasının yolverilməzliyi təklif edilir. Təklif olunan layihədə həmçinin Dövlət İstintaq Komitəsinin yaradılması ideyası da var. Millət vəkili onu da nəzərə çatdırıb ki, layihənin parlamentdə qəbul olunması üçün 65 millət vəkilinin dəstəyi lazımdır. Bu səbəbdən də YAP-çı deputatlardan dəstək istəyəcəklərini vurğulayan Q.Həsənquliyev hakim partiya ilə məsləhətləşmələr aparılacağını da qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA