ümid Partiyası Müsavatı müxalifəti parçalamaqda ittiham edir

img

26-09-2009 [05:16]


Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar arasında yaranan mübahisələr hərəkatın parçalanması ilə nəticələnə bilər. Bələdiyyə seçkiləri önçəsi müxalifət düşərgəsində yaranmış arzuolunmaz vəziyyətlə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə deyib ki, Ümid Partiyasının həmişə müxalifətin birliyinə çalışıb. Ə. Ağazadə partiyanın bu gün də həmin mövqedə olduğunu bəyan edib: ?Müsavat Partiyası Ümid Partiyasına seçki komissiyalarından nümayəndələrini geri çağırmaqla bağlı etdiyi təklifi sonradan müxalifətin birliyinin qalması üçün şərt kimi irəli sürməsi , əslində bu birliyin dağıdılması üçün çox da yaxşı olmayan bir bəhanədir. Birincisi bu təklifi şərt kimi irəli sürənlər yaxşı bilirlər ki, seçki komissiyalarındakı nümayəndələri geri çağırmaq üçün bizim əlimizdə heç bir hüquqi mexanizm yoxdur. Əgər bu ajiotaj yaratmaq üçündürsə, onda parlamentdən imtina ilə bağlı bizim təklif etdiyimiz variant daha real və effektlidir. İkincisi belə bir iddia səsləndirirlər ki, Ümid Partiyasının komissiyalardakı nümayəndələri fəaliyyətləri ilə özlərini doğrultmayıblar. Bu da əsassız ittihamdır. Onda öz təcrübələrindən bir nümunə göstərsinlər ki, seçki komissiyalarında müxalifəti təmsil edən komissiya üzvləri necə fəaliyyət göstərməlidir.Seçki saxtakarlığının qarşısını necə almalıdır. Hansı cəsarəti göstərməlidir ki, nəticəsi şübhə doğuran seçki protokolunu imzalamasın . Qoy dostlarımız bizdən inciməsinlər, bu məsələdə öyünməyə daha çox haqqı olan da bizik. Bizim komissiyalarda təmsil olunan nümayəndələrimizdən - MSK-dan başlamış dairə və məntəqə komissiyalarına qədər nümunə göstərə biləcəyimiz kifayət qədər insanlar var. Son referendum zamanı saxtalaşdırılan protokollara imza atmayan MSK-dakı nümayəndəmiz başda olmaqla əksər dairə və məntəqələrdə təmsil olunan nümayəndələrimiz, seçki saxtakarlığının qarşısını almağa sona qədər mübarizə aparan, təzyiqə, təqibə məruz qalan, qeyri?qanuni olaraq məhkəmə qərarı ilə komissiyalardan uzaqlaşdırılan, hətta ölkəni tərk etmək məcbüriyyətində qalan təmsilçilərimiz var. Özü də bunlar çox yaxın keçmişdə- referendumdan sonar baş verib. Bu barədə mətbuatda kifayət qədər məlumatlar yayılıb?. Ə. Ağazadə Ümidə edilən təkifi qeyri-səmimi və məntiqsiz hesab edir: ?Bu təklif partiya maraqları naminə müxalifətin birliyini pozmaqdan ötrü bir bəhanədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA