YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramı təsdiq edilib

img

17-09-2009 [06:52]


Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda bələdiyyə seçkilərinə hazırlıq ilə bağlı məsələlər müzakirə edilib. Bildirilib ki, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar partiyanın rayon (şəhər) təşkilatlarında bir sıra tədbirlər həyata keçirilmiş, partiyanın İcra Katibliyinin müəyyən etdiyi seçkiyə hazırlıq qrafikinə uyğun olaraq yerli təşkilatlarda partiya fəalları üçün treninq və seminarlar keçirilmiş, müvafiq tapşırıqlar verilib. İdarə Heyətinin iclasında YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramı və İcra Katibliyi tərəfindən hazırlanmış müvafiq təlimatlar və sənədlər müzakirə edilərək təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA