Arif Hacılı: ?Sərdar Cəlaloğlunun bazına ağıl qoymaq niyyətim yoxdur?

img

26-09-2009 [03:22]


Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan Müsavat Partiyası ilə Ümid Partiyası arasında yaranan gərginlik davam edir. Artıq hərəkatın digər üzvü ADP sədri Sərdar Cəlaloğlu da bu münaqişəyə qoşularaq, Ümid Partiyasının dəstəkləydini bildirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, hərə öz yolunu seçməkdə müstəqildir: ?Mən bilirəm ki, Sərdar bəy çox ürəyigeniş bir adamdır, hamı ilə əməkdaşlıq etməyə meyllidir. Mənim də dostumdur, xətrini çox istəyirəm. Bir vaxtlar onun hətta YAP-ın süpürgəçisi ilə əməkdaşlıq etməyə hazır olması ilə bağlı bəanatlarına qarşı olmuşam. Onun indiki mövqeyini də yanlış hesab edirəm. Sərdar Cəlaloğlu Ümid Partiyasına dəstək verməklə böyük səhv edir. Əgər Ümid Partiyası Vətəndaş Hərəkatından çıxarılacaqsa, ADP də onunla birlikdə çıxacaqsa, bu, Sərdar Cəlalaoğlunun səhvi olacaq. Amma düşünmürəm ki, bu, bizim Sərdar bəylə dostluq və yoldaşlıq münasibətlərimizə təsir etsin. Çünki hər bir insan səhv etmək hüququna malikdir. Sərdar bəy məndən yaşda da böyükdür, kifayət qədər siyasi təcrübəsi də var. Ona görə də onun başına ağıl qoymaq niyyətim yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA