AMiP Türkiyə-Ermənistan münasibətlərinin sıcaqlazmasını pisləyib

img

14-09-2009 [06:08]


AMİP-in Siyasi Şurasında bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti, Türkiyə-Ermənistan sərhədlərinin açılması və ölkədəki mövcud durumu müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AMİP Siyasi Şurası bələdiyyə seçkilərinə hazırlığın vəziyyətini qənaətbəxş saymış, eyni zamanda qərara gəlinib ki, bununla bağlı görülən işin sürətini artırmaq və fəaliyyəti daha da gücləndirmək üçün yaradılmış Seçki Qərargahının nəzdində mütəxəssislərdən ibarət işçi qrupu təşkil olunsun. Həmçinin, Rayon Təşkilatları ilə görüşlərin və müşavirələrin keçirilməsi intensivləşdirilsin. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibət bildirən Siyasi Şura bunu qardaş dövlət olan Türkiyənin müstəqil siyasətinə hörmətlə yanaşaraq işğalçı Ermənistanla əlaqələrin qurulmasını Azərbaycanın maraqlarına zərbə kimi qiymətləndirib. Siyasi Şura hesab edib ki, Dağlıq Qarabağ problemi həllini tapmayınca, Ermənistan yürütdüyü terrorçuluq və işğalçılıq siyasətindən əl çəkməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılması regionda sülhə və sabitliyə ciddi təhlükə törədəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA