isa Qəmbər Məclisdən öncə müavinlərini toplayıb

img

25-09-2009 [04:02]


Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün müavinləri ilə toplantı keçirib. Toplantıda sabah keçiriləcək Məclisin iclasında müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Məclisin gündəliyi barədə də məlumat verib: ?Bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq. Eyni zamanda 2010-cu il fəaliyyət üçün müəyyən layihələr hazırlanıb, onun ətrafında müzakirələr aparılacaq. İctimai-siyasi vəziyyətlə bağlı məsələ müzakirəyə çıxarılacaq. Bələdiyyə seçkiləri və 2010-cu il fəaliyyət proqramı ilə bağlı mən məruzə edəcəm. İctimai-siyasi vəziyyətlə bağlı partiyanın başqanı İsa Qəmbər məruzə edəcək. Sonra da digər təşkilati və texniki məsələlərə nəzərdən keçiriləcək?. Müsavatın Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxması ilə bağlı Məclisdə hər hansı bir müzakirənin aparılmasına gəlincə, Arif bəy belə bir məsələnin müzakirəsinin nəzərdə tutulmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA