DUi etiraz aksiyalarını davam etdirəcək

img

25-09-2009 [01:53]


Madrid prinsiplərinə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz əlaməti olaraq aksiya keçirən Demokratiya Uğrunda İttifaq (DUİ) etirazlarını davam etdirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə asıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu təkcə təmsil olunduğu ittifaq deyil, hər kəsin buna etiraz etməsinin vacibliyini vurğulayıb: ?Bu tipli aksiyalar cəmiyyətdə olmalıdır. Bizim olub-olmamağımzdan asılı olmayaraq, bu tipli aksiyaların keçirilməsi cəmiyyətin müqavimətinin göstəricisidir. Məsələn, eyni vaxtda həm BMT-nin sessiyasında, həm təhlükəsizlik şurasında məsələlər müzakirə olunur, dünyanın diqqəti buna yönəlir. Hətta işğalçı dövlətin özü bu məsələləri müzakirə edir, Azərbaycanda isə buna imkan verilmir. Heç nədən başı çıxmayan, rüşvət toplamaqla, özündən yuxardakıları aldatmaq, aşağıdakıları qorxutmaqla məşğul olan Azərbaycan iqtidarının məmurları, konkret Bakı şəhər icra başçısı səlahiyyət həddini aşaraq, bizə məsləhət görmüşdü ki, bu məsələləri daha sivil formada müzakirə etmək lazımdır. Yəni bunlar qanunları da bilmirlər, heç öyrənmək niyyətləri də yoxdur. Bu mənada hesab edirm ki, bu tipli aksiyaların olması vacibdir?. Keçirdikləri aksiyanını nəticələrini müsbət qiymətləndirən KXCP sədri onu da nəzərə çatdırıb ki, bu məsələdə həm DUİ-yə daxil olan təşkilatların, həm də QAT-ın fəallığını təqdir olunmalıdır: ?İndiyə qədər ?Ya Qarabağ, ya istefa? şüarı olmamışdı. Yəni Azərbaycan iqtidarı ya Qarabağ azad etməlidir, ya da istefa verməlidir. Madrid prinsiplərinin Azərbaycan üçün əhəmiyyətsizliyi aksiya vasitəsi ilə bütün dünyaya çatdırıldı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA