Müxalifətin birliyi parçalanmaq təhlükəsiylə üzləzib

img

24-09-2009 [05:20]


Aparıcı müxalifət partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı parçalanma ərəfəsindədir. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Hərəkatın son iclasında gərgin anlar yaşanıb. Bu barədə MİA-ya məlumat verən şəxsin sözlərinə görə, Müsavat başqanı İsa Qəmbər bugünkü iclas zamanı qəti şəkildə Ümid Partiyası ilə birgə seçkilərdə iştirak etmək niyyətində olmadığını ifadə edib və bunu onunla əsaslandırıb ki, Ümid Partiyası seçki komissiyalarındakı yerlərdən imtina etmir. İsa Qəmbərin belə bir mövqe ifadəsinin ardından daha sərt təpkilər səslənib və Hərəkatda təmsil olunan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavatın anlaşılmaz mövqeyinə qarşı çıxıb. S.Cəlaloğlu deyib ki, əgər Ümid Partiyası bu birlikdə olmayacaqsa, ADP də olmayacaq. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən S.Cəlaloğlu öncə bu barədə danışmaq istəməsə də, qeyd olunanları qismən təqdiqləyib: ?İsa bəy dedi ki, Ümid Partiyası seçki komissiyalarındakı yerlərdən imtina etsin. İqbal bəy isə hesab edir ki, təkcə komissiyalardan üzvləri geri çəkmək yetərli deyil, həm də parlamentdən çəkmək lazımdır. Çox təəssüf ki, hər iki tərəf mövqelərində qalsalar da, bir-birlərinin mövqelərini qəbul etmək istəmirlər. Ona görə də biz bu məsələnin müzakirəsini gələn həftəyə saxlamşıq?. Ümid Partiyası ilə seçkidə birgə iştirakın mümkün olmaması ilə bağlı fikirlərə gəlincə, Sərdar bəy belə bir təklifin səslənmədiyini bildirib: ?Bu məlumatı sizə kim çatdırıb bilmirəm. Görünür, ləyaqətsiz adamdır. Biz altı nəfər öz aramızda söhbət etmişik, nəyə görə bu söhbətlər mətbuata çatmalıdır??. ?Hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcəyi təqdirdə hansı tərəfdə olacaqsınız?,- sualına Sərdar bəy ?Mən bu birliyin saxlanmasının tərəfdarıyam. Hesab edirm ki, biz, bir-birimizə şərt qoymamalıyıq. Bunlar artıq bəhanədir. Mən belə bəhanələri qəbul edə bilmərəm. Heç vaxt imkan vermərəm ki, blokda kimsə kiməsə qarşı ədalətsiz qərar qəbul etsin. Yəni ədalətsiz insanlarla dost olmaqdansa, onlardan ayrılmaq yaxşıdır?, - söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA