AXCP sədrinin istefaya getmiz müavini Fuad Mustafayev bulvarda?

img

15-09-2009 [06:51]


Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini postundan istefa verərək, siyasətdən də birdəfəlik gedən Fuad Mustafayev istefadan sonra yorğunluğunu dənizkənarı bulvarda çıxarır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünən F.Mustafayev dostları ilə dənizkənarı bulvarda gəzirmiş. Kənardan keçmiş sədr müavinin səhhətinin və əhval-ruhiyyəsinin çox normal olduğu hiss olunub. Qeyd edək ki, partiyadaşları F.Mustafayevin partiyadan getməsinin onun səhhətində ciddi problemlərin yaranması ilə əlaqələndirirdilər. Onun özünün istefasının səbəbləri ilə bağlı mətbuata açıqlama verməməsi isə şübhələri artırır. AXCP üzvlərindən biri isə F.Mustayayevin istefasının səbəblərinin başqa olduğunu bildirib. Onun sözlərinə görə, Fuad bəyin səhhətində heç bir problem yoxdur: ?Bildiyiniz kimi, Fuad bəy QHT fəaliyyəti ilə məşğuldur. Əgər səhhətində problem olsaydı və işləməkdə çətinlik çəksəydi, bu sahədə də çalışmazdı. Amma bildiyimə görə, o, hazırda layihələr üzərində işləyir. AXCP-dən getməsi isə məsuliyyətdən yaxa qurtarmaqdan başqa bir şey deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA