Müsavat ARDNŞ-dən izahat tələb edib

img

23-09-2009 [05:37]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Gündəliyin partiyadaxili məsələ bölümündə Müsavat Partiyası Məclisinin 26 sentyabr 2009-cu il tarixində keçiriləcək toplantısına hazırlıq müzakirə edilib və gündəlik layihəsi üçün təklif verilib. Bələdiyyə seçkilərinə hazırlığın gedişatı haqda müzakirələr aparılıb. Bu məqsədlə bölgələrdə keçiriləcək toplantıların qrafiki təsdiq edilib. Qərara alınıb ki, Müsavat Partiyası Qadınlar Təşkilatının 03 oktyabr 2009-cu il tarixində keçiriləcək ümumi yığıncağında təşkilatın seçkili orqanlarına seçilmək istəyənlərin 01 oktyabr 2009-cu il tarixində, saat 15.00-dək yazılı ərizə ilə müraciət edə bilərlər. Ərizələr partiyanın Təşkilat şöbəsinə təqdim edilməlidir. Toplantının ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədəki misli görünməmiş korrupsiya barəsində müzakirələr aparılıb. Azərbaycan neftinin xarici bazarlarda ARDNŞ tərəfindən ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə nisbətən xeyli ucuz satması faktı üzərində xüsusi dayanılıb. Müsavat Partiyası bu məsələ ilə əlaqədar ciddi narahatçılığını bildirib və əlaqədar dövlət qurumlarından izahat tələb edib. Qərara alınıb ki, bu məsələ daha da ciddi şəkildə araşdırılsın və xüsusi diqqətdə saxlanılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA