Şeyx məmurların cəzalandırılmasınl tələb etdi

img

15-09-2009 [05:02]


?Məscidlərin tikilməsi və ya sökülməsi mənim səlahiyətimdə deyil, ancaq onların sökülməsi dəfələrlə mənim tərəfimdən pislənilib. Mən bunun əleyhinəyəm və bunu dəfələrlə demişəm, bundan sonra da əleyhinə olacam. Bu, mənim əqidəmin əmridir. Mən ?Fatimeyi-Zəhra? məscidinin nümayəndələrilə görüşdüm. Sonra isə məscidlə bağlı rəyim də əlavə olunmaqla onların xahişini dövlət başçısına yazılı şəkildə çatdırdım. İstənilən məscidin bu və ya digər formada sökülməsinin əleyhinəyəm. Mən Şeyxəm və mənim səlahiyyətim dövlət qurumlarında çalışanlarınkı qədər deyil. Bizə müraciət olunanda mən sadəcə həmin məscidlə, yaxud dini icmayla bağlı rəy veririk. Özü də belə məsələlərdə mən həmişə müsbət rəy verirəm. Mən hansısa məscid sökülməsinin əleyhinə olmuşam, ölənə qədər də əleyhinə olacağam. Çünki mənim əqidəm belədir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşaxadə deyib. Şeyx məscidlərin ?qanunsuz tikili? kimi sökülməsi barədə danışarkən bir sıra məmurları, xüsusən icra hakimiyyəti başçılarını tənqid edib: ?Məmur acgözlüyü ilə dövləti də, əqidələrini də pula satarlar. Əgər bir yerə icazə vermisənsə, sonra onun qanunsuz tikli olduğunu necə deyirsən? Birincisi, əvvəlcədən icazə verməyəydin, əgər icazə vermisənsə daha ?qanunsuzdur? demə. Əgər tikilən məscid sökülərsə, həmin məscidin tikintisinə icazə verən məmurlar da cəzalandırılmalıdır?. Şeyxülislam Hacı Allahşükür Paşazadə qəbirüstü heykəllərin ucaldılmasının əleyhinə çıxdı: ?Qəbiristanlıqlarda filan qədər yeri zəbt edib heykəl qoymaq şəriətə uyğun deyil. Mən bu mövzuda ayrı söz demək istəmirəm. Bəzi məmurlar buna o dərəcədə aludə olublar ki, bir söz deyəndə xətirlərinə dəyir. Elə bilirlər ki, bu yolla valideynlərini yaşadırlar. Halbuki bəziləri valideynlərinə sağlığında heç lazımınca baxmayıblar. Allah bunların hamısını görür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA