Zəminə Dünyamalıyeva Ukraynaya gedib

img

23-09-2009 [03:53]


Xəbər verdiyimiz kimi, Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisin iclasını keçirərək, bir sıra qərarlar qəbul edib. Ən çox səs gətirən qərar isə ACP lider Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyevanın partiyadan kənarlaşdırılması olub. ACP Ali Məclisinin bu qərarından sonra Z.Dünyamalıyeva mətbuata açıqlama verməkdən yayınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Dünyamalıyeva artıq ölkəni tərk edib. Belə ki, Zəminə xanımın mobil telefonuna zəng etdiyimiz zaman telefona cavab verən Zəminə xanımın qızı onun ölkədə olmadığını bildirib: ?Zəminə xanım Ukraynaya bacılarını ziyarət etməyə gedib. Ona görə də bir müddət ölkədə olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA