YAP-çı deputat vəkil Vidadi isgəndərovdan zikayət edəcək

img

18-09-2009 [02:36]


?Qanun nəyi tələb edərsə, mən onların hamısını yerinə yetirməyə hazıram. Çünki bu məsələdə mənim heç bir iştirakım yoxdur. Sadəcə olaraq, ?GEN? MMC-nin rəhbəri ilə bir tədbirdə tanış olmuşam. Ondan sonra ?GEN? MMC-nin yubileyində çıxış edərək, ona, bir imkansız ailəyə ev tikməyə təşəbbüs göstərdiyinə görə təşəkkür etmişəm. Bundan başqa mənim həmin təşkilatla heç bir əlaqəm olmayıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə ?GEN? MMC ilə bağlı keçirilən məhkəmədə zərərçəkənlərin vəkili Vidadi İsgəndərovun onun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırmasına münasibət bildirərkən deyib. A.Mirzəzadə onu da vurğulayıb ki, zərərçəkənlərin vəkili Vidadi İsgəndərovun mətbuatda və məhkəmədə onun adının hallardırmasından narazıdır: ?Vidadi İsgəndərov hər hansı bir tədbirdə iştirakın fərqini çox yaxşı bilməli idi. Əgər bu, belə davam edərsə, mənim imicimə xələl vuran hərəkətlərinə görə Vidadi İsgəndərovdan Vəkillər Kollegiyasına şikayət edəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA