DUi sabah XiN-nin binası qarzısında etiraz aksiyası keçirməkdə israrlıdır

img

23-09-2009 [12:49]


Demokratiya Uğrunda İttifaq (DUİ) sabaha Xarici İşlər Nazirliyinin binası qarşısına təyin etdiyi etiraz aksiyasını keçirmək niyyətindədir. Amma DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc Müstəqil İnformasiya Agentliyinə deyib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdikləri müraciətə hələ də cavab verilməyib. ?Biz bir həftə bundan öncə icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdik. Ancaq hələ də bir cavab yoxdur. Bu gün onlarla əlaqə saxladıq, bizə dedilər ki, məktubu almışıq və müzakirə olunur. Amma biz onlardan icazə istəmirik. Ektiraz aksiyası keçirmək bizim hüququmuzdur və biz də bu hüququmuzdan istifadə edirik?,- deyən Ə.Oruc, DUİ-nin BŞİH-nin cavabından asılı olmayaraq aksiyasını reallaşdıracağını vurğulayıb. Məlumat üçün bildirək ki, DUİ ?Madrid prinsipləri?nə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz əlaməti olaraq aksiya keçirmək istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA