Vaqif Mahmudov: ?Arif Hacılı Rəsul Quliyevə qiymət verə bilməz?

img

16-09-2009 [04:24]


Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müsbət hal kimi qiymətləndirməsi digər müxalifət qüvvələrinin narazılığı ilə qarşılanıb. ?Azadlıq? qəzetinə açışlama verən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı R.Quliyevin fikirləri ilə razılaşmadığını, ümumiyyətlə onu siyasətçi hesab etmədiyini vurğulayıb. Müsavat yetkilisinin bu sözləri isə ACP-də hiddətlə qarşılanıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ACP sədrinin səlahiyyətlərini icra edən Vaqif Mahmudovun cavabı sərt olub: ?Öncə onu deyim ki, Arif Hacılı Rəsul Quliyevə qiymət verə bilməz. Digər tərəfdən Rəsul bəyin necə siyasətçi olması Arif Hacılının qiyməti ilə müəyyənləşmir. Tənqidi fikir səsləndirən öncə nəyə görə bu cür danışdığını izah etməlidir. Bunlar isə yalnız mənasız ittihamlar səsləndirirlər. Rəsul müəllimin dediyi kimi, Türkiyənin bu gün tutduğu yol müsbətdir?. V.Mahmudov onu da bildirib ki, digər müxalifət partiyalarının nümayəndələri Rəsul Quliyevin fikirlərinə münasibət bildirməkdənsə, öz arqumentlərini ortaya qoysalar yaxşı olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA